
Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 50 milyard 514,1 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hər bir ölkə vətəndaşına orta hesabla 4 min 935,6 manat gəlir düşüb.
Vergilər və digər ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan gəlirləri 44 milyard 264,5 milyon manat, bir nəfərin sərəncamında qalan gəlir isə 4 min 324,9 manat olub.
Bu həm də, o deməkdir ki, orta hesabla hər bir Azərbaycan vətəndaşının orta aylıq gəliri təxminən 618 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 578,5 manat olub.
Onu da bildirək ki, rəsmi məlumatlara görə, Azərbaycanda aylıq istehlak xərcləri 600 manatdan çox olan insanların sayı ümumi əhalinin 15,2%-ni təşkil edib.
Elnur Əli