
ABŞ prezidenti Donald Tramp bildirib ki, tərəflər Ukraynada nizamlanma üzrə razılığa gələ bilməsələr, onun administrasiyası Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq.
Yeniavaz.com xəbər verir ki, o bu barədə rusiyalı həmkarı Vladimir Putinlə görüş üçün Ankoric şəhərinə uçarkən təyyarəsində jurnalistlərə danışıb.
“İqtisadi cəhətdən sərt. Bəli, onlar çox çətin olacaq”, - o, razılaşmaların olmadığı təqdirdə Rusiyanı hansı nəticələrin gözlədiyi ilə bağlı suala cavab verib.
“Mən bunu özüm üçün etmirəm, bu mənə lazım deyil. Mən daha çox diqqətimi ölkəmizə yönəltmək istərdim, amma bunu çoxlu insanın həyatını xilas etmək üçün edirəm”, - Tramp əlavə edib.