Son 7 ayda ABŞ-ni 1,5 milyon miqrant tərk edib


İlin əvvəlindən 1,5 milyon qeyri-qanuni miqrant ABŞ-ni tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, bu rəqəmə ölkəni könüllü tərk edən miqrantlar da daxildir.
Onun sözlərinə görə, qeyri-qanuni miqrantların kütləvi şəkildə ölkəni tərk etməsi artıq nəzərəçarpacaq nəticələr verib: ölkədə cinayətkarlıq azalıb, daha çox iş yerləri yaranıb.
Qeyd edək ki, Ağ Ev mayın əvvəlində könüllü özünü deportasiya proqramına başlayıb. O, miqrantları 1000 ABŞ dolları məbləğində ödəniş və evə qayıdarkən müşayiətçi ilə təmin edir ki, bu da onlara miqrasiya və gömrük xidmətləri ilə bağlı problemləri həll etməyə imkan verir.

DİGƏR XƏBƏRLƏR

Top