“Rusiya “Tramp marşrutu” məsələsində Ermənistanı dəstəkləyir”


“Rusiya, əgər Ermənistan bunu zəruri hesab edirsə, Azərbaycanla “Tramp marşrutu” adlanan nəqliyyat dəhlizinin yaradılması planlarında Ermənistana dəstək verir”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Biz bu məsələyə belə yanaşırıq: Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan hansısa məsələnin onlar üçün yaxşı olduğunu hesab edirsə, biz, təbii ki, burada Ermənistanı dəstəkləyirik”, – deyə o, müvafiq suala cavab verib.

DİGƏR XƏBƏRLƏR

Top