“Apple” süni intellektlə işləyən masaüstü robot yaradır – KİV


Amerikanın texnologiya nəhəngi “Apple” şirkəti süni intellektə (Sİ) malik qadcetlər xəttini genişləndirmək, o cümlədən masaüstü robot yaratmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, şirkət 2027-ci ildə daxili süni intellektə malik masaüstü robotu təqdim etmək istəyir.Bundan əlavə, “Apple” displeyi və ev müşahidə kameraları olan ağıllı dinamik hazırlamağı planlaşdırır.
Qeyd edilib ki, masaüstü robotun əsas funksiyalarından biri video zənglər ola bilər, çünki o, hərəkət edərkən istifadəçini kadrda saxlaya biləcək.

DİGƏR XƏBƏRLƏR

Top