
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda aylıq istehlak xərcləri 600 manatdan çox olan təxminən 1 milyon 554 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, aylıq istehlak xərcləri 600 manatdan çox olan insanların sayı ümumi əhalinin 15,2%-ni təşkil edib.
Qeyd edək ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 10 milyon 224,9 min nəfər olub.
Onu da bildirək ki, bu ilin əvvəli üçün Azərbaycanda istehlak xərci ay ərzində 270 manatdan az olan şəxslər yoxsul sayılıb. Yoxsul insanların sayı isə təxminən 542 min nəfər olub və bu da ümumi əhalinin 5,3%-nə bərabərdir.
Elnur Əli