
Fransanın “Pari Sen Jermen” klubunun hücumçusu Usman Dembele UEFA Superkubokunda London “Tottenhem”i ilə matçın ən yaxşı oyunçusu seçilib.
Yeniavaz.com xəbər verir ki, parislilər titul oyununda penaltilər seriyasında qalib gəlib - 2:2 (4:3 pen.).
Dembele bütün matç boyu meydanda olub və parislilərin ikinci qolunu vuran və 90+4-cü dəqiqədə hesabı bərabərləşdirən Qonsalo Ramosa məhsuldar ötürmə edib.
Dembele eyni zamanda oyundan sonrakı seriyada penaltini qola çevirib.
Qedyd edək ki, o, 2025-ci ildə 37 oyunda iştirak edib, 28 qol vurub və 10 məhsuldar ötürmə edib. Jurnalistlər həmçinin Dembeleni 2025-ci ildə “Qızıl top” mükafatı üçün favoritlərdən biri hesab edirlər.
Xatırladaq ki, ötən il UEFA Super Kubokunu İspaniyanın “Real Madrid” klubu qazanıb. Turnirin finalında kral klubu İtaliyanın “Atalanta” klubuna 2:0 hesabı ilə qalib gəlib.