İyun ayında Azərbaycan qarpızı hansı ölkələrə və neçəyə satıb? – Siyahı


Bu ilin iyun ayı ərzində Azərbaycandan xarici ölkələrə 5 min 84,55 ton qarpız ixrac edilib.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, iyun ayında ixrac olunan qarpızın bir kiloqramının orta gömrük dəyəri 79 qəpik olub.
Qeyd edək ki, qarpız ən çox Rusiya və Ukraynaya satılıb. Rusiyaya bir kiloqramı 78 qəpikdən 3 min 658,5 ton, Ukraynaya isə bir kiloqramı 87 qəpikdən 1 079,8 ton qarpız göndərilib. Qarpız ən baha qiymətə Səudiyyə Ərəbistanına satılıb. Azərbaycandan iyun ayında Səudiyyə Ərəbisatanına 250 kiloqram qarpız aparılıb və bir kiloqramının orta gömrük dəyəri 11,5 manat olub.
İyun ayında Azərbaycandan aşağıdakı ölklərə qarpız ixrac edilib:
Rusiya – 3 658,49 ton (bir kiloqramının orta gömrük dəyəri  0,78 manat);
Ukrayna – 1 079,83 ton (0,87 manat);
Belarus – 208,01 ton (0,70 manat);
Gürcüstan – 96,36 ton (0,55 manat);
Estoniya – 41,6 ton (0,57 manat);
Səudiyyə Ərəbistanı – 0,25 ton (11,5 manat).


Onu da bildirək ki, iyun ayında Azərbaycana aşağıdakı ölkələrdən qarpız gətirilib:
Özbəkistan –  34,97 ton (bir kiloqramının orta gömrük dəyəri 1,27 manat);
İran – 25,85 ton (1,13 manat);
Rusiya – 20,85 ton (0,93 manat);
Türkiyə – 3,14 ton (1,26 manat).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top