
Avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkətlərinin yeni siyahısı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkəti “Atəşgah Sığorta” ASC olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank müştərilərin şikayətləri əsasında şikayət indeksi tərtib edib. Ən yüksək şikayət indeksi də “Atəşgah Sığorta” ASC-yə verilib.
Barəsində ən çox şikayət edilən şirkətlərin sıralaması aşağıdakı kimi olub:

Onu da bildirək ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınıb.
Elnur Əli