Bu il Azərbaycan vətəndaşları Türkiyədən 501 mənzil alıblar


Bu ilin ilk 7 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 501 mənzil satın alıblar.
Yeniavaz.com
Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən bulikindən 74 mənzil az alıblar.
Belə ki, ötən ilin ilk 7 ayında azərbaycanlılar Türkiyədən 427 mənzil alıblar.
Onu da bildirək ki, 2015-ci ilin əvvəlindən bu ilin avqust ayının 1-nə kimi Azərbaycan vətəndaşları Türkiyədən ümumilikdə 10 min 135 mənzil alıblar.
Qeyd edək ki, bu ilin ilk 7 ayında Türkiyədən ən çox Rusiya (1970 mənzil), İran (970 mənzil), Ukrayna (782 mənzil), Almaniya (690 mənzil), İraq (665 mənzil), Azərbaycan (501 mənzil), Qazaxıstan (375 mənzil), Çin (340 mənzil), Səudiyyə Ərəbistanı (315 mənzil) və Əfqanıstan (293 mənzil) vətəndaşları ev alıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top