Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu – Siyahı


Son 5 ildə – 2021-2025-ci illərdə Azərbaycanda körpələrə qoyulan adların statistikası açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, ən çox seçilən adlar sırasında Uğur, Əli və Zəhra ilk üçlükdə qərarlaşıb.
2021–2025-ci illərdə Uğur adı 7 954 dəfə qoyularaq birinci yeri tutub. İkinci yerdə 7 118 dəfə qoyulan Əli, üçüncü yerdə isə 6 864 dəfə qoyulan Zəhra adları qərarlaşıb.
Qız adları arasında Zəhra, Zeynəb, Məryəm və Aylin daha çox üstünlük təşkil edib. Oğlan adlarında isə Uğur, Əli, Hüseyn və Yusif daha çox qoyulub.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top