“Netanyahu Osloya gelsə həbs ediləcək” – Norveç XİN


“Norveç İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Əl-Cəzirə” telekanalına müsahibəsində Norveç xarici işlər nazirinin müavini Andreas Motzfeldt Kravik deyib.
“İsrailin hərəkətləri tamamilə qəbuledilməzdir. Biz məktəblərin, xəstəxanaların, jurnalistlərin vurulduğunu görmüşük”, - diplomat Qəzzada vəziyyətdən danışarkən qeyd edib.
O vurğulayıb ki, Norveç hökuməti BCM-nin Netanyahunu həbs etmək qərarından xəbərdardır və İsrailin baş naziri Norveç torpağına ayaq basarsa, bu orderi icra edəcək.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Fələstində törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verib.
 

DİGƏR XƏBƏRLƏR

Top