Madonna Papaya müraciət etdi – “Qəzzaya get!”


Məşhur amerikalı müğənni Madonna aclıqdan əziyyət çəkən uşaqları xilas etmək üçün Vatikanın rəhbəri Papa XIV Leodan Qəzza zolağına getməyi xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesablarında yazıb.
“Müqəddəs Ata. Çox gec olmadan Qəzzaya gedin və işığınızı uşaqlara çatdırın. Bir ana olaraq mən onların əzab çəkməsinə dözə bilmirəm. Dünya uşaqları hər kəsə məxsusdur. Bizdə Qəzaaya girişi rədd edilməyən tək sizsiniz. Bu günahsız uşaqları xilas etmək üçün humanitar qapıların tam açılmasına ehtiyacımız var. Artıq vaxtımız yoxdur. Xahiş edirəm, gedəcəyinizi söyləyin”, - Madonna bildirib.
Daha sonra oğlu Rokkonun ad günü olduğunu qeyd edən Madonna bunları əlavə edib: “Bu gün oğlum Rokkonun ad günüdür. Mənim bir ana kimi ona verə biləcəyim ən yaxşı hədiyyə, hiss edirəm ki, hər kəsdən Qəzzada atəşə tutulan günahsız uşaqları xilas etmək üçün əlindən gələni etməsini xahiş etməkdir. Mən heç kimi günahlandırmıram və ya heç kimin tərəfini tutmıram. Hamı onların anaları kimi əziyyət çəkir. Mən bu uşaqların aclıqdan ölməməsi üçün əlimdən gələni etməyə çalışıram”.

DİGƏR XƏBƏRLƏR

Top