
Paytaxt ərazisində yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün də ciddi təhlükə yaratdığı diqqətə çatdırılıb.
“Yol hərəkəti və təhlükəsizlik qaydalarına məhəl qoymayaraq həm özləri, həm də digər nəqliyyat vasitələri üçün qəza riski yaradan ikitəkərli nəqliyyat sürücüləri barədə məsuliyyət tədbirləri həyata keçirilib”, - məlumatda deyilir.