Direktoru işdən çıxarılan bağça bağlanıbmış: Valideynlər narazıdır – Video


Xəbər verdiyimiz kimi, Ucarda Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılan direktor Emin Orucov işdən çıxarılıb.
Yeniavaz.com
“Xəzər xəbər”ə istinadla xəbər verir ki, bununla yanaşı kənddə fəaliyyət göstərən yeganə uşaq bağçasının fəaliyyəti də məhdudlaşdırılıb.
Bildirilir ki, bu hal övladları bağçaya gedən valideynlər üçün problemə çevrilib.
Valideynlər qədər burada çalışan işçilər də bağçanın fəaliyyətinin birdən-birə dayandırılmasını düzgün hesab etmirlər.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən körpələr evi-uşaq bağçasının davamiyyət göstəricilərinin uzun müddət aşağı olması, bu ilin iyun-iyul aylarında, ümumiyyətlə, davamiyyətin olmaması nəzərə alınaraq müəssisənin fəaliyyətinin tənzimlənməsi zərurəti yaranıb:
“Yeni tədris ilindən etibarən kənd sakinlərinin məktəbəqədər təhsil ehtiyaclarının daha keyfiyyətli və səmərəli təmin olunması məqsədilə aidiyyəti qurumlarla zəruri müzakirə və təhlillər aparılır”.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top