Sankt-Peterburqda əcnəbilərə kuryer işləmək qadağan edildi


Sankt-Peterburq hakimiyyəti xarici vətəndaşlara çatdırılma sektorunda işləməyi qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sərəncamı qubernator Aleksandr Beqlov imzalayıb.
Qadağa 2025-ci ilin sonuna qədər taksilərdə işləmək qadağasını özündə əks etdirən eyni sənədə daxil edilib.
Bildirilib ki, söhbət patent əsasında işləyən xarici vətəndaşlar üçün kuryer kimi işləmək məhdudiyyətlərindən gedir.
Rusiya KİV yazır ki, yeni tədbirlər kölgə məşğulluqla mübarizə, sektorda xidmətlərin keyfiyyətini və təhlükəsizliyini yaxşılaşdırmaq, həmçinin ruslar üçün əlavə iş yerləri açmaq üçün nəzərdə tutulub.
Sankt-Peterburq administrasiyasının mətbuat xidməti bəyan edib ki, xarici kuryerlər sektorda işləyənlərin ümumi sayının cüzi bir hissəsini təşkil edir, ona görə də bu tədbir çatdırılma bazarının sabitliyinə təsir göstərməyəcək. Müəssisələrə uyğunlaşmaq üçün üç ay vaxt verilib. 

DİGƏR XƏBƏRLƏR

Top