
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Yozqatın Sorgun rayonua bağlı Bahadın Bələdiyyəsinin Məmləkət Partiyasından CHP-yə keçdiyini açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Bahadın Cümhuriyyət Meydanında keçirilən döş nişanı taxma mərasimində danışıb.
Tədbirdə keçmiş Məmləkət Partiyası sədri Məhərrəm İncə də iştirak edib. Özəl, Bahadın Bələdiyyəsinin “de-fakto” olaraq CHP-yə keçdiyini vurğulayaraq, Məhərrəm İncəyə təşəkkürünü bildirib. Özəl, çıxışı zamanı Sorgun-Bahadın Bələdiyyəsinin sədri Sami Eroğlu və bələdiyyə məclis üzvlərinə CHP döş nişanı təqdim edib.
CHP lideri əlavə edib ki, bu, partiyaya yeni əlavə olunan yeganə bələdiyyədir və qısa zamanda Məmləkət Partiyasının digər üzvlərinin də CHP-yə qatılması gözlənilir.