“Qazprom Neft”in xalis mənfəəti 1,8 dəfə azalıb


2025-ci ilin yanvar–iyun aylarında “Qazprom Neft”in xalis mənfəəti 228,273 milyard rubl (təxminən 4,565 milyard manat) təşkil edib.
Yeniavaz.com
şirkətin hesabatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə azdır.
Hesabat dövründə şirkətin gəlirləri 13,8% azalaraq 1,425 trilyon rubl (təxminən 28,5 milyard manat) olub. Maya dəyəri isə 4,4% azalaraq 1,281 trilyon rubl (təxminən 25,62 milyard manat) təşkil edib.
Vergidən əvvəl mənfəət yarıdan çox azalaraq 209,597 milyard rubl (təxminən 4,192 milyard manat), ümumi mənfəət isə təxminən 2,2 dəfə azalaraq 144,87 milyard rubl (təxminən 2,897 milyard manat) olub.
Satışdan əldə edilən mənfəət isə 7 dəfədən çox azalaraq 18,707 milyard rubl (təxminən 374,14 milyon manat) təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top