
Kvemo Kartli polisi Marneulidə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan 1986-cı il təvəllüdlü Azərbaycan vətəndaşı R.A.-nı saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs 2013-cü ildən mütəşəkkil dəstəyə üzv olmaqda və sağlamlığa zərər vurmaqda təqsirli bilinərək Azərbaycan Respublikası tərəfindən axtarışa verilib.
“Saxlanılan şəxsin Azərbaycana təhvil verilməsi ehtimalı var. Hazırda saxlanılan şəxsə qarşı qanunla nəzərdə tutulmuş ekstradisiyadan əvvəlki prosedurlar aparılır”, - Gürcüstan DİN-in məlumatında deyilir.