Rezidentura imtahanının nəticələri nə vaxt açıqlanacaq?


Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 10-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
Yeniavaz.com
qurumun yaydığı məlumata istinadla xəbər verir ki, imtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
“Məlumat üçün bildiririk ki, imtahanda iştirak etmək üçün 905 namizəd qeydiyyatdan keçib. Bakıda 879, Naxçıvan isə 26  namizədin imtahan verəcəyi gözlənilirdi.
Avqustun 11-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top