
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, avqustun 7-də “Barselona” tibbi arayış imzalamaqdan imtina etdiyi üçün Ter Stegeni kapitanlıqdan məhrum edib. Belə ki, qapıçı daha əvvəl belindən əməliyyat olunduğunu və sağalmasının təxminən üç ay çəkəcəyini açıqlayıb. Buna baxmayaraq, o, “Barselona”nın İspaniya çempionatının tibb komitəsinə göndərməsi üçün nəzərdə tutulan tibbi arayışı imzalamaqdan imtina edib.
Xatırladaq ki, Ter Stegenin 33 yaşı var. O, 2014-cü ildən “Barselona”da çıxış edir. Komandanın tərkibində müxtəlif turnirlərdə 422 oyun keçirən qapıçı 175 dəfə qapısını toxunulmaz saxlayıb. Ter Ştegen altı dəfə çempionluq və İspaniya kubokunu, iki dəfə İspaniya Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb. Almaniya millisinin tərkibində 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar Kubokunun qalibi, 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub.