
2025-ci ilin birinci yarısında dünyada təbii fəlakətlər nəticəsində iqtisadi itkilər 80 milyard dollar təşkil edib ki, bu da tendensiya davam edərsə, ilin ikinci yarısı üçün gözlənilən itkilərlə birlikdə ildə 150 milyard dollar təşkil edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu proqnozla İsveçrənin “Swiss Re” şirkətinin analitikləri çıxış ediblər.
“Bizim məlumatlara görə, 2025-ci ilin birinci yarısında təbii fəlakətlər nətəcəsində kompensasiya edilməli olan itkilər 80 milyard dollara çatıb ki, bu da tendensiyanı üstələyir. Əgər dinamika davam edərsə, bu il təbii fəlakətlərdən sığortalanmış zərərlər 2025-ci ilin qiymətləri ilə 150 milyard dollara yaxınlaşa bilər”, - şirkətin hesabatında deyilir.
Şirkət indiyə qədər 2025-ci il itkilərinin ən böyük hissəsinin 40 milyard dollar ziyana səbəb olan yanvardakı Los-Anceles meşə yanğınları olduğunu bildirib.
Şirkətin məlumatına görə, Atlantik qasırğa mövsümü 2025-ci ilin ikinci yarısında təbii fəlakətlərdən iqtisadi itkilər baxımından ən böyük təhlükə yaradır. 2025-ci ilin birinci yarısında qasırğalar artıq 31 milyard dollar ziyan vurub.