
Çeçenistan rəhbəri Ramzan Kadırov və onun 29 yaxın qohumu Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək 146 müxtəlif mükafat və fərqlənmə nişanı alıb.
Yeniavaz.com xəbər verir ki, onların mükafatlarını “Verstka” nəşri Çeçenistan hakimiyyətinin və medianın məlumatlarına əsasən hesablayıb.
Bildirilib ki, ən çox mükafat Kadırovun özü alıb - o, 41 aydan bir qədər çox müddətdə 31 medala layiq görülüb. Belə ki, Çeçenistan rəhbəri orta hesabla 40 gündə bir dəfə mükafatlandırılır, nəşr qeyd edir.
Mükafatların sayına görə ikinci yerdə Çeçenistan rəhbərinin oğlu, atasının mümkün varisi hesab edilən Adam gəlir. 16 medal və fərqlənmə nişanları ilə təltif edilib. Kadırovun oğlu onların yarısını iki ay ərzində - 2023-cü ilin oktyabr və noyabr aylarında Qroznı istintaq təcridxanasında məhbus Nikita Juraveli döydükdən sonra alıb.
Üçüncü yerdə Çeçenistan rəhbərinin qızı Ayşat Kadırovadır. 2022-ci ilin fevralından o, 10 mükafat alıb.
Kadırovlar ailəsinin mükafatlarının əhəmiyyətli bir hissəsi - 82-si - dövlət və ilk növbədə Çeçenistanın daxili mükafatlarıdır. Kadırov və onun qohumları müxtəlif idarə və nazirliklərdən 30 medal və fərqlənmə nişanları alıblar ki, onların da əksəriyyəti hüquq-mühafizə orqanlarıdır (Rusiya Milli Qvardiyası, Daxili İşlər Nazirliyi, Federal Penitensiar Xidmət). Kadırovlar təşkilat və institutlardan 21, Ukraynanın ilhaq edilmiş vilayətlərinin Rusiya tərəfindən təyin olunmuş administrasiyalarından 11, Liviya hakimiyyətindən və qismən tanınan Cənubi Osetiyadan bir mükafat alıb.