“Tesla” məşhur layihəsini dayandırdı


Amerikanın “Tesla” şirkəti “Dojo” superkompüterini hazırlayan komandanı buraxmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi daxili mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, “Dojo” layihəsinə rəhbərlik edən Piter Bannon da şirkətdən ayrılacaq.
Agentlik həmçinin, layihədə iştirak edən 20 əməkdaşın bir müddət əvvəl başqa şöbələrə təyin olunduğunu bildirib.
“Bloomberg”in məlumatına görə, İndi şirkət hesablama həlləri üçün öz texnoloji tərəfdaşlarına, o cümlədən Amerikanın “Nvidia” və “Advanced Micro Devices” şirkətlərinə, eləcə də Cənubi Koreyanın “Samsung Electronics” şirkətinə daha fəal etibar etməyi planlaşdırır.
Qeyd edək ki, “Dojo” superkompüteri “Tesla” tərəfindən şirkətin elektrik avtomobillərinin avtopilot və tam avtonom idarəetmə funksiyalarının əsasını təşkil edən süni intellekt modellərini, həmçinin insanabənzər “Optimus” robotunu öyrətmək üçün hazırlanmış sistem idi.

DİGƏR XƏBƏRLƏR

Top