“Qızıl top”a namizədlərin siyahısı açıqlandı


“France Football” jurnalı 2025-ci il “Qızıl top” mükafatına namizədlər siyahısını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi və “Əl-Nəsr”in portuqliyalı hücumçusu Kriştianu Ronaldo artıq ikinci ildir ki, nüfuzlu mükafata namizədlər siyahısında yer almayıb.
Digər tərəfdən, mükafatın hazırkı qalibi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri də siyahıda yer almayıb. Buna səbəb ispaniyalının hələ sentyabr ayında dizindən ciddi zədə alması və yalnız mövsümün sonunda meydana qayıtmasıdır.
Namizədlərin siyahısını təqdim edirik:
- Usman Dembele (PSJ, Fransa);
- Canluici Donnarumma (PSJ, İtaliya);
- Cud Bellingem (“Real Madrid”, İngiltərə);
- Desire Doe (PSJ, Fransa);
- Denzel Dumfris (“İnter”, Niderland);
- Seru Qirassi (“Borussiya Dortmund”, Qvineya);
- Erlinq Holan (“Mançester Siti”, Norveç);
- Viktor Dyokereş (“Arsenal”, İsveç);
- Aşraf Hakimi (PSJ, Mərakeş);
- Harri Keyn (“Bavariya”, İngiltərə);
- Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan);
-  Robert Levandovski (“Barselona”, Polşa);
- Aleksis Mak Allister (“Liverpul”, Argentina);
- Lautaro Martines (“İnter”, Argentina);
- Skott Maktominey (“Napoli”, Şotlandiya);
- Kilian Mbappe (“Real Madrid”, Fransa);
- Nuno Mendes (PSJ, Portuqaliya);
- Joao Neveş (PSJ, Portuqaliya);
- Pedri (“Barselona”, İspaniya);
- Koul Palmer (“Çelsi”, İngiltərə);
- Maykl Olise (“Bavariya”, Fransa);
- Rafinya (PSJ, Braziliya);
- Deklan Rays (“Arsenal”, İngiltərə);
- Fabian Ruis (PSJ, İspaniya);
- Vircil van Deyk (“Liverpul”, Hollandiya);
- Vinisius Junior (“Real Madrid”, Braziliya);
- Məhəmməd Salah (“Liverpul”, Misir);
- Florian Wirts (“Liverpul”, Almaniya);
- Vitinya (PSJ, Portuqaliya);
- Lamin Yamal (“Barselona”, İspaniya).

Qeyd edək ki, hazırda “Qızıl top”a əsas favorit Usman Dembeledir.
Xatırladaq ki, Messi “Qızıl top”ların sayına görə rekorda sahibdir. O, kuboku səkkiz dəfə qazanıb. Ronaldo da öz növbəsində 5 dəfə “Qızıl top”a sahib olub.
“Qızıl top” mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də Parisdə baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top