Tramp 907 saylı düzəlişin icrasını dayandıracaq – KİV


ABŞ Prezidenti Donald Trampın “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacağı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində avqustun 8-də imzalanacaq.
Qeyd edək ki, ABŞ Konqresi 1992-ci ildə Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsinə qadağa qoyan qanunu qəbul edib. Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu qərarı yenidən qüvvəyə mindirib.

DİGƏR XƏBƏRLƏR

Top