
2025-ci il iyunun 30-na olan məlumata görə, Ermənistanın dövlət borcu 13 milyard 852 milyon 137 min ABŞ dolları təşkil edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, xarici borc 6 milyard 943 milyon 296 min, daxili borc isə 6 milyard 908 milyon 842 min dollar səviyyəsindədir.
Qeyd olunub ki, bir ay ərzində Ermənistanın dövlət borcu 116 milyon 520 min dollar artıb. Bu dövrdə xarici borc 46 milyon 7 min dollar azalıb, daxili borc isə 162 milyon 527 min dollar artıb.