Superkompüter Premyer Liqanın favoritlərini proqnozlaşdırıb – Siyahı


“Opta”nın superkompüteri yeni mövsüm üçün İngiltərə Premyer Liqasının favoritlərini proqnozlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, superkompüter son illərdəki statistik göstəriciləri və yeni transferləri nəzərə alaraq 2025-2026-cı Premyer Liqa mövsümünü “Liverpul”un lider tamamlayacağını ehtimal edib.
İlk üçlüyü isə “Arsenal” və “Mançester Siti” tamamlayıb.
“Opta”nın superkompüteri ehtimal edir ki, növbəti mövsüm başa çatdıqda turnir cədvəlindəki ardıcıllıq belə olacaq:
  1. “Liverpul” – 28,5 faiz
  2. “Arsenal” – 24,3 faiz
  3. “Mançester Siti” – 18,8 faiz
  4. “Çelsi” – 8,4 faiz
  5. “Aston Villa” – 5,1 faiz
  6. “Nyukasl” – 5,1 faiz
  7. “Kristal Palas” – 2,9 faiz
  8. “Brayton” – 2,2 faiz
  9. “Bornmut” – 1,0 faiz
  10. “Brentford” – 0,8 faiz
  11. “Nottinqhem Forest” – 0,7 faiz
  12. “Mançester Yunayted” – 0,6 faiz
  13. “Everton” – 0,6 faiz
  14. “Tottenhem” – 0,3 faiz
  15. “Fulhem” – 0,3 faiz
  16. “Vest Hem” – 0,2 faiz
  17. “Vulverhempton Uonderers” – 0,1 faiz
“Superkompüterin fikrincə” 18-20-ci  yerləri isə hərəyə 0,1 faizdən az ehtimalla “Bernli”, “Lids” və “Sanderlend” bölüşəcək.

DİGƏR XƏBƏRLƏR

Top