Rusiyaya casusluq edən ABŞ əsgəri həbs olundu


ABŞ-də müddətli həqiqi hərbi xidmətdə olan 22 yaşlı Taylor Adam Li casusluq ittihamı ilə həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 6-da Texasda həbs edilən əsgər ABŞ Silahlı Qüvvələrinə məxsus “M1A2 Abrams” tankları ilə bağlı məxfi məlumatları Rusiyaya ötürməyə çalışıb.
Federal Təhqiqatlar Bürosunun əks-kəşfiyyat direktorunun köməkçisi Roman Rojevskinin sözlərinə görə, Taylor Li Rusiya vətəndaşlığı müqabilində Rusiya kəşfiyyatının zabiti olduğunu düşündüyü şəxsə Amerika tanklarının ehtimal edilən zəiflikləri haqqında məxfi məlumatları ötürməyə cəhd edib.
Qeyd olunub ki, Taylor Adam Li 2Fort Bliss”də xidmət edib və məxfi məlumatlara çıxışı olub.
Qeyd edək ki, “Abrams” ABŞ ordusunun əsas döyüş tankıdır. Quru döyüşləri üçün nəzərdə tutulmuş üçüncü nəsil “Abrams” ən ağır tanklardan biridir.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Ukrayna ordusu ABŞ və digər Qərb dövlətləri tərəfindən “Abrams” tankları ilə təchiz edilib.

DİGƏR XƏBƏRLƏR

Top