Bakıdan Təbrizə reys açılır


“Azərbaycan Hava Yolları” (AZAL) sentyabrın 3-dən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayacaq.
Yeniavaz.com
AZAL-ın yaydığı məlumata istinadla xəbər verir ki, yeni istiqamət üzrə reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Həmçinin 1 sentyabr 2025-ci il tarixindən etibarən AZAL İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərini bərpa edəcək. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top