
Fələstin millisinin keçmiş futbolçusu Süleyman Əl-Obeid İsrailin hücumu nəticəsində həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Hadisənin təfərrüatları açıqlanmayıb.
Bildirilib ki, Əl-Obeidin 41 yaşı var idi, karyerası ərzində Fələstin çempionatında, o cümlədən Qəzza klublarında çıxış edib. O, Fələstin millisində 19 oyun keçirib, 2 qol vurub.