Son 24 saatda Qəzzada ən azı 138 fələstinli ölüb


Qəzza zolağında son 24 saat ərzində İsrailin əməliyyatları nəticəsində 140-a yaxın fələstinli ölüb, 770-dən çox fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 138 nəfər ölüb (o cümlədən 3-ü dağıntılar altından çıxarılıb), 771 nəfər yaralanıb”, - məlumatda qeyd edilib.
Beləliklə, 2023-cü ilin oktyabr ayından Qəzzada davam edən münaqişədə ölənlərin ümumi sayı 61 min 158, yaralananların sayı 151 min 442 nəfərə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top