“Honda”nın gəlirləri 50% azaldı


Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor” 2025-ci ilin ikinci rübündə xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 50%-dən çox azaldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat şirkətin maliyyə hesabatında öz əksini tapıb.
Şirkət azalmanın digər məsələlərlə yanaşı, aprel ayında ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları ilə bağlı olduğunu bildirib.
Qeyd olunub ki, sözügedən aylar üzrə xalis mənfəət 2024-cü ilin eyni rübünün nəticələri ilə müqayisədə 50,2% azalaraq, 196,6 milyard yen (1,33 milyard dollar) təşkil edib.
Şirkət cari maliyyə ili üçün (2025-ci ilin aprelindən 2026-cı ilin martına qədər) xalis mənfəətin əvvəlki hesabat dövründən 49,8% azalaraq, 420 milyard yen (2,84 milyard dollar) olacağını proqnozlaşdırır.
Eyni zamanda, müəyyən edilmiş dövr üçün rüsumlardan ümumi itkilər 450 milyard yen (3 milyard dollardan çox) həcmində qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top