
“Volvo Cars”ın 2025-ci ilin iyul ayında qlobal satışları keçən ilin eyni ayı ilə müqayisədə 14% azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Bildirilib ki, ötən ay ümumilikdə 49 273 avtomobil satılıb. İyulda şirkətin elektromobillərinin satışı ümumi həcmin 21%-ni, elektrik mühərrikləri ilə işləyən bütün modellər, o cümlədən şarj edilən hibridləri 45%-ni təşkil edib.
Ən populyar model XC60 (16 813 avtomobil, 2024-cü ilin iyulunda - 15 577), XC40/EX40 (müvafiq olaraq 12 087 və 13 818) və XC90 (7 266 və 8 146) olub.