Tayson tarixin ən böyük 4 boksçusunu açıqladı


“Cek Dempsi, Sonni Liston, Məhəmməd Əli və Corc Forman tarixin ən böyük boksçularıdır”.
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri keçmiş mütləq dünya çempionu Mayk Tayson Milli Basketbol Assosiasiyasının dördqat çempionu Şakil O'Nilin “YouTube” kanalına müsahibəsində bildirib.
Tarixin ən yaxşı boksçusu ilə bağlı suala gəlincə, Tayson özünü tarixin ən yaxşı boksçusu adlandırıb.
Qeyd edək ki, Taysonun 58 yaşı var. Onun peşəkar rinqdə 50 qələbəsi (44-ü nokautla) və 6 məğlubiyyəti var. Amerikalı super ağır çəkidə mütləq dünya çempionu olub. O, Ümumdünya Boks Şurasının, Ümumdünya Boks Assosiasiyasının və Beynəlxalq Boks Federasiyasının kəmərlərinin sahibi olub.

DİGƏR XƏBƏRLƏR

Top