
Bu ilin iyun ayında Azərbaycana 172 min 270 nəfər əcnəbi turist gəlib və onlar burada 315 milyon 35,8 min manat xərcləyiblər.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, hər bir turist iyun ayında Azərbaycanda orta hesabla 1 829 manat pul xərcləyib.
Bu ilin iyun ayında Azərbaycana ən çox turist Rusiyadan gəlib – 60 min 610 nəfər. Rusiyadan gələn turistlər iyun ayı ərzində 110,4 milyon manat xərcləyiblər. Adambaşına düşən xərc isə 1 822,5 manat olub.
Qeyd edək ki, iyun ayında Azərbaycanda ən çox pul xərcləyənlər ABŞ vətəndaşları olub. Ay ərzində Azərbaycana gələn 2 415 ABŞ vətəndaşının hər biri burada orta hesabla 2 489 manat xərcləyib. İkinci yerdə 2 356,6 manatla Qətər, üçüncü yerdə isə 2 348,7 manatla Kanada vətəndaşları qərarlaşıb.
Azərbaycanda ən az pul xərcləyənlər isə Türkmənistandan gələn turistlər olub. Türkmənistan vətəndaşı olan şəxslər iyun ayında Azərbaycanda adambaşına orta hesabla 1 170,6 manat xərcləyiblər.
Aşağıdakı cədvəldə iyun ayında Azərbaycana gələn turistlərin burada xərclədiyi vəsaitin ölkələr üzrə bölgüsü əks olunub:

Elnur Əli