
“Bu gün bəyan edirəm ki, mən artıq təhsil eksperti yükünü və məsuliyyətini öz üzərimdən götürürəm. Artıq bu sahədə deyiləm”.
Yeniavaz.com xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev AzEdu.az-a deyib.
“Mən elmlə məşğulam və elmin populyarlaşdırılması istiqamətində fəaliyyət göstərirəm. Bu, çox vacib və əhəmiyyətli bir sahədir. Məktəb şagirdləri və tələbələr üçün elmin əlçatan olmasına çalışıram. Yaxın vaxtlarda elmin populyarlaşdırılması ilə bağlı saytımız da fəaliyyətə başlayacaq. Bu baxımdan, mən təhsil eksperti adından rəsmi şəkildə imtina edirəm və fəaliyyətimi sırf elmi istiqamətdə davam etdirirəm. Sosial şəbəkə hesabımda müxtəlif elmi kitabları təbliğ edirəm. Düşünürəm ki, gələcəkdə “mütaliə klubu” layihəsi də reallaşdırılmalıdır. Təhsil ekspertlərinə isə uğurlar arzulayıram”, - E.Əliyev qeyd edib.