İlon Mask dünyanın ilk trilyonçusu ola bilər


İlon Maskın 2027-ci ilə qədər tarixdə ilk trilyonçu olacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, “Forbes”un məlumatına görə, “Tesla” və “SpaceX”in baş direktorunun sərvəti hazırda 412 milyard dollar dəyərindədir və təkcə son ticarət günündə o, 6,4 milyard dollar artıb.
Çoxsaylı qalmaqallara və tənqidlərə baxmayaraq, Mask hələ də planetin ən zəngin adamları siyahısında birinci yerdədir.
Mətbuatda Maskın astronomik trilyon dollarlıq kapitalın ilk sahibi olacağı barədə məlumatlar yayılır. Paylaşımlar əsasən qəzəbli reaksiya alır.
Şərhlərdə yazılanların çoxu Maskın aclığa və evsizliyə son qoymaq üçün bütün resurslara malik olmasından qəzəblənir.
İstifadəçilər yazır: “Trilyonerin mövcudluğu faktında çox pis bir şey var”, “O, dünyanı xilas edə bilərdi, amma internetdə qəribə davranmağa üstünlük verir”, “Bu, bizim 99 faizimizi radikallaşdırmalıdır”, “Kapitalizm sosializmdən daha yaxşıdır, ona görə ki, bir nəfər trilyonçu olur, qalanlarının isə səhiyyəsi sığortası yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top