“Tesla” “son avtomobil”ini buraxdı


Amerikanın “Tesla” korporasiyası “Roadster” idman avtomobilinin ikinci nəslini buraxdığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “InsideEVs” nəşri “Tesla”nın vitse-prezidenti Lars Moraviyə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, “Roadster 2” “Tesla”nın bu seriyada son sürücülü avtomobili olacaq.
Moravi izah edib ki, sürücüsüz idarəetmə texnologiyaları inkişaf edir və növbəti avtomobillərdə avtomobilləri avtopilot idarə edəcək.
“Tesla”nın top meneceri sürücüsüz elektromobilin buraxılış tarixini açıqlamayıb, ancaq onun “mütləq inkişaf mərhələsində olduğunu” qeyd edib.
"Biz qeyri-adi təqdimata hazırlaşırıq. İlon Maskın dediyi kimi, bu, insanı heyrətləndirəcək”, - o bildirib.
Qeyd edək ki, “Tesla” “Roadster 2”nin prototipini hələ 2017-ci ildə təqdim edib. Avtomobilin 2020-ci ildə kütləvi istehsalı nəzərdə tutulsa da, müəyyən səbəblərdən bu, baş tutmayıb.
Xatırladaq ki, birinci nəsil “Roadster” “Tesla”nın ilk avtomobili olub. O, 2008-ci ildən istehsal olunmağa başlayıb. İkiqapılı elektromobil 4 saniyəyə saatda 100 kilometr sürət yığırdı. Onun maksimum güc ehtiyatı 400 kilometr idi. “Roadster”in baza modelinin qiyməti 109 min dollar idi.

DİGƏR XƏBƏRLƏR

Top