
“Tehran nüvə potensialı üzərində işləməyə davam edərsə, ABŞ İranın nüvə infrastrukturunu yenidən vurmağa hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şotlandiyada keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ABŞ İranın nüvə potensialını məhv edib, lakin Tehran, Trampın fikrincə, hər şeyi yenidən başlaya bilər:
“Əgər onlar bunu etsələr, biz onu sizin barmağınızla yelləyə biləcəyinizdən daha tez məhv edəcəyik. Biz bunu etməli olacağıq. Biz bunu açıq və sevinclə edəcəyik”.
Tramp vurğulayıb ki, İran pis siqnallar göndərir:
“Onlar çox pis siqnallar, çox iyrənc siqnallar göndərirlər, bunu etməməlidirlər”.
Xatılrladaq ki, iyulun 22-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-nin hücumlarından sonra ölkədə uranın zənginləşdirilməsi dayandırılıb. O, nüvə obyektlərinin zədələnməsinin əhəmiyyətli olduğunu etiraf edib, lakin İranın nüvə proqramından əl çəkmək niyyətində olmadığını vurğulayıb.