HƏMAS-da 20-dən az sağ girov qalıb – KİV


“Qəzza zolağında HƏMAS-ın saxladığı girovlar arasında 20-dən az sağ adam qalıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a İsrail mənbəsi məlumat verib.
“20 nəfərdən azdılar, onların ölümü ilə bağlı məlumat yoxdur”, - agentliyin mənbəsi bildirib.
İsrail tərəfinin son məlumatına görə, Qəzza zolağında saxlanılan girovlar arasında Donbassdan olan Maksim Xarkin də qalır. Ümumilikdə HƏMAS-ın diri və ölü 50-yə yaxın girovu var.
Xatırladaq ki, iyulun 24-də İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın Fələstin anklavında atəşkəs təklifinə cavab verməsi ilə əlaqədar iyulun 6-dan Qəzza zolağında münaqişənin nizamlanması üzrə danışıqların davam etdiyi Dohadan nümayəndə heyətinin geri çağırılması barədə göstəriş verib.

DİGƏR XƏBƏRLƏR

Top