Aİ ABŞ ilə 15% gömrük rüsumu barədə razılığa gəldi


ABŞ və Avropa İttifaqı (Aİ) ABŞ-yə idxal edilən bütün Avropa mallarına rüsumun 15% olacağı, Aİ isə Amerika mallarına rüsum tətbiq etməyəcəyi barədə razılığa gəliblər.
Yeniavaz.com
“Fox News” telekanalına istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şotlandiyada Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenlə görüşündən sonra bildirib.
Tramp Avropa İttifaqı ilə əldə olunan razılaşmanı tarixin “ən böyük” razılaşması adlandırıb.
“Bu gün heç bir razılığa gəlməmək əvəzinə müqavilə bağlamaq çox gözəldir. Məncə, bu, indiyə qədər əldə edilən ən böyük razılaşmadır”, - Amerika lideri qeyd edib.
Tramp həmçinin qeyd edib ki, ümumi 15% dərəcəsi bir sıra məhsullara şamil edilmir. Xüsusilə, onun sözlərinə görə, Avropanın polad və alüminium rüsumları ilə bağlı vəziyyət olduğu kimi qalır.
Hazırda ABŞ-nin Avropadan gələn polad və alüminium üçün 10%-lik rüsumu var. Bundan əlavə, razılaşmaya əczaçılıq sənayesinin məhsulları daxil deyil.
Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl Aİ-nin bütün ixracatına 30%-lik yeni tariflər tətbiq etmək niyyətində olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top