Sumqayıtdakı tüstünün səbəbi bilindi – Yenilənib + Video


Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yerləşən bir müəssisədən atmosferə buraxılan qara tüstü ətrafda narahatlıq yaradıb.
Yeniavaz.com
-un redaksiyasına göndərilən videoadan belə görünür ki, havaya qalxan qalın tüstü dəniz sahilindəki çimərlik zonasını tamamilə örtüb.
Hadisə sahilyanı ərazidə baş verdiyindən, çimərlikdə olan vətəndaşlar da yayılan tüstünün təsirinə məruz qalıblar. Tüstünün mənbəyi hələlik tam müəyyən edilməsə də, yayılan görüntülərdən müəssisədən yanma və ya istehsalat prosesi nəticəsində çıxan sıx, qara tüstünün olduğu görünür.

***
“Zavodun texnoloji rejimində nasazlıq yarandığı üçün belə hal müşahidə olunub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, problem aradan qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top