
“Dacia Sandero” hetçbeki 2025-ci ilin ilk 6 ayının nəticələrinə görə, Avropada ən çox satılan avtomobil olub.
Yeniavaz.com xəbər verir ki, ümumilikdə altı ayda Avropada 128,8 min “Dacia Sandero” satılıb.
İkinci yerdə satışları 7% artaraq 122,4 min ədəd olan “Renault Clio” qərarlaşıb. Üçüncü yeri 109,1 min avtomobillə “Peugeot 208” tutub.
İlk 10-luğa “Volkswagen T-Roc” (106,1 min ədəd), “Volkswagen Golf” (104,1 min ədəd), “Volkswagen Tiguan” (97,5 min ədəd), “Dacia Duster” (97,1 min ədəd), “Peugeot 2008” (96,3 min ədəd), “Citroen C3” (95 min ədəd) və “Toyota Yaris” (95 min ədəd) daxil olub.