İran “Avropa üçlüyü” ölkələri ilə bu tarixdə görüşəcək


İran və “Avropa üçlüyü” ölkələrinin (Böyük Britaniya, Almaniya, Fransa) nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün danışıqları iyulun 25-də keçiriləcək.
Yeniavaz.com
“Tasnim” agentliyinə istinadla xəbər verir ki, görüş İranın İstanbuldakı konsulluğunda Bakı vaxtı ilə saat 10:30-da baş tutacaq.
İlkin məlumata görə, danışıqlar xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.
İranı danışıqlarda Məcid Təxt-Rəvançi və Kazem Qaribabadi təmsil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top