Aİ ABŞ mallarına 30% rüsum tətbiq edə bilər – “Bloomberg”


Brüssel və Vaşinqton razılığa gələ bilməsə, Avropa İttifaqı (Aİ) ümumi dəyəri təxminən 100 milyard avro olan Amerika mallarına 30% rüsum tətbiq edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbələrin məluamatına görə, kompromis əldə olunmasa və ABŞ Prezidenti Donald Trampın elan etdiyi kimi Avropa ixracatına 30% rüsum tətbiq edilərsə, Aİ-nin cavab rüsumları avqust ayında dərhal qüvvəyə minəcək.
Agentliyin istinad etdiyi Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, rüsumlar Aİ ölkələri tərəfindən artıq təsdiqlənmiş 21 milyard avro dəyərində Amerika mallarının siyahısına, eləcə də ABŞ-dən 72 milyard avro dəyərində əvvəllər təklif edilmiş əlavə malların siyahısına təsir edəcək.
“Bloomberg” mənbələri rüsumların Amerikanın “Boeing” şirkətinin təyyarələrinə, ABŞ istehsalı olan avtomobillərə və burbonlara şamil ediləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top