
“Real Madrid” bu yay “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri üçün sərfəli təklif edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Məlumata görə, Kataloniya klubu ispaniyalını yay transfer pəncərəsinin sonuna yaxın transfer etməyə cəhd edə bilər.
Klub bu cəhd üçün “Mançester Siti”yə ən azı 100 milyon avro təklif edə bilər.
Nəşrin yazdığına görə, bu təklifin İngiltərə klubunu maraqlandıracağı da istisna deyil. Çünki demək olar ki, bütün klublar Rodrinin dizindən zədə almasından sonra vəziyyətini o qədər də qənaətbəxş hesab etmirlər. Bu baxımdan, gələn yayda futbolçunun qiyməti təxminən iki dəfə azala bilər.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Mançester Siti”də çıxış edir. O, keçən mövsüm bütün yarışlarda səkkiz oyun keçirib və bir məhsuldar ötürmə edib. Rodri çarpaz bağın yırtılması ilə əlaqədar demək olar ki, bütün mövsümü buraxıb.
Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.
”Transfermarkt” portalında təqdim olunan məlumata görə, hazırda futbolçunun transfer dəyəri 110 milyon avrodur.