
Ötən axşam təmsilçimiz “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə İrlandiyanın “Şelburn” komandası ilə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, görüş “Qarabağ”ın 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 12-ci dəqiqədə Leandro Andrade açıb – 0:1. 81-ci dəqiqədə Aleksey Kaşuk top fərqini 2-ə çatdırıb, 84-cü dəqiqədə isə Nəriman Axundzadə fərqlənib və yekun hesabı müəyyənləşdirib – 0:3.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.