36 il sonra “Barselona”nın ilk ingilis futbolçusu oldu


İspaniyanın “Barselona” klubu 1989-cu ildən sonra Kataloniya klubu ilə müqavilə imzalayan ilk ingilis olan “Mançester Yunayted”li Markus Reşfordla icarə müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Barselona” klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə bir mövsümlükdür və futbolçunu almaq variantını da ehtiva edir.
Qeyd edək ki, “Barselona”da çıxış edən sonuncu ingilis futbolçu 1986-1989-cu illərdə Kataloniya komandasında çıxış edən Qari Lineker olub.
Xatırladaq ki, 27 yaşlı Reşford “Mançester Yunayted”in yetirməsidir. Ötən mövsüm hücumçu “Aston Villa”ya icarəyə verilmişdi. “Mançester Yunayted”lə futbolçu iki dəfə İngiltərə Kuboku və Liqa Kubokunu, bir dəfə isə Avropa Liqası və İngiltərə Superkubokunu qazanıb.
Reşford İngiltərə millisində 62 oyun keçirib və 17 qol vurub. O, 2021-ci il Avropa çempionatının gümüş mükafatçısıdır.

DİGƏR XƏBƏRLƏR

Top