Mbappe “Real Madrid”in yeni 10 nömrəsi olacaq


Yeni mövsümdə “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe 10 nömrə altında çıxış edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “L'Équipe” nəşri mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, bu, yarımmüdafiəçi Luka Modriçin klubdan ayrılmasından sonra mümkün olub.
Mənbənin sözlərinə görə, fransalı futbolçu kral klubundan ona göstərilən nömrəni verməsini xahiş etməyib. Bu, hələ 2024-cü ilin yayında Mbappenin komandaya qoşulduğu vaxtdan ispan nəhənginin rəhbərliyinin təşəbbüsü olub.
Mbappenin nömrə dəyişikliyinə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, ötən mövsüm Mbappe Madrif klubunda 9 nömrə altında çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top